2016 ildə dünyanın ən yaxşı aviaşirkətləri

Hər il dünyada World Airline Awards mükafatının təqdim edilməsi mərasimi keçirilir, burada aviaşirkətlərə müxtəlif meyarlar üzrə mükafatlar verilir. Ən əhəmiyyətli nominasiya – ilin ən yaxşı aviaşirkəti nominasiyasıdır. Onun xalq arasında keçirilən internet-səsvermə yolu ilə seçirlər. Səsvermədə dünyanın 160 ölkəsindən 20 milyondan artıq insan iştirak edir.  Sorğu zamanı sərnişinlər xidmət səviyyəsi ilə bağlı 40-dan çox göstəricini qiymətləndirirlər.

Mülki aviasiya sahəsində verilən World Airline Awards mükafatını Hollivud Oskarı ilə müqayisə etmək olar. Sizə 2016-cı ildə ən yaxşıların beşliyinə daxil olanlardan bəhs etmək istərdik.

Dünyanın ən yaxşı aviaşirkətləri – 2016:

Emirates 

Emirates – dünyada Birləmiş Ərəb Əmirliklərindən ən iri daşıyıcılardan biridir, onun mənzil-qərargahı Dubayda yerləşir. Aviaşirkət dəfələrlə dünyada ən etibarlı və təhlükəsiz daşıyıcıların onluğuna daxil olmuşdur. Seçilmiş sinfə müvafiq olaraq, təyyarənin göyərtəsində sərnişinlərə tam xidmətlər dəsti təqdim edilir.

Emirates aviaparkında 200-dən çox təyyarə vardır, onlardan böyük əksəriyyətini Boeing 777 və Airbus A380 təyyarələri təşkil edir. Şirkət dünyanın 120 nöqtəsinə uçuşları həyata keçirir.

Emirates  Dubay vasitəsilə uçan sərnişinlər üçün xüsusi proqram -“Dubayda dayanma” təklif edir. Bu proqram dünyanın ən müasir və dinamik şəhərlərindən birində bir gün istirahət etmək imkanı verir.

Qatar Airways 

Aviaşirkət dəfələrlə beşulduzlu daşıyıcılar reytinqinə daxil olmuşdur. Aviaşirkətin donanmasında müxtəlif modifikasiyalı 96 sərnişin və yük təyyarəsi vardır. Qatar Airways 101 təyinat məntəqəsinə reysləri həyata keçirir.

Aviaşirkətin  xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, sərnişinlər uçuş zamanı quraşdırılmış masaj funksiyalı geniş kreslolarda otururlar.  Qatar Airways həmçinin transitlə uçan sərnişinlər üçün Doxada mehmanxanaya yerləşdirmə təklif edir və transfer təqdim edir

Singapore Airlines

Singapore Airlines – beşulduzlu reytinqə malik Sinqapur aviaşirkətidir. Aviaşirkətin donanmasında 60-dan çox təyinat məntəqəsinə uçuşları həyata keçirən 100 təyyarə vardır. Singapore Airlines dəfələrlə  “Göyərtədə ən yaxsı personal” nominasiyasına layiq görülmüşdür.

Singapore Airlines biznes-sinif müştəriləri üçün  hər kəsdən ayrılmaq və uçuş zamanı mükəmməl çarpayıda dincəlməyə imkan verən süitlərdə – rahat fərdi kabinlərdə uçuşu həyata keçirməyi təklif edir.

Cathay Pacific 

Cathay Pacific – Honkonqun aparıcı aviaşirkətidir. Aviaşirkət göyərtədə yüksək səviyyədə servisin göstərilməsi  və sərnişinlər üçün həvəsləndirici bonus proqramları ilə məşhurdur. Bundan başqa aviaşirkət 112 təyinat məntəqəsinə uçuşları həyata keçirən 150 təyyarədən ibarət müasirləşdirilmiş donanmaya malikdir.

Cathay Pacific müştərilərinə  dörd xidmət sinfi təklif edilir: birinci, biznes, Premium və ekonom. Seçilmiş sinifdən asılı olmayaraq, təyyarənin göyərtəsində sərnişinləri pulsuz yemək, audioyazı və film seçimi ilə geniş mediateka və bir sıra digər xidmətlər gözləyir .

Etihad Airways 

Etihad Airways – dəfələrlə dünyada ən yaxşı seçilmiş BƏƏ məxsus aviadaşıyıcıdır. Etihad Airways dünyada hava daşımalarında ən gənc və dinamik şəkildə inkişaf edən şirkətlərdən biridir. Şirkət 2003-cü ildə təsis edilmiş və fəaliyyət göstərdiyi bu müddət ərzində yüksək xidmət səviyyəsi və uçuşların rahatlığına görə 30-dan çox mükafata layiq görülmüşdür. Aviaşirkətin parkında 120 marşrut üzrə reysləri həyata keçirən 100 təyyarə vardır.

Şirkətin uğurunun sirri – üç vacib komponentin – müasir uçuş texnologiyaları və təhlükəsizlik tələbləri, uğurlu marşrut sistemi, eləcə də uçuş zamanı rahatlığın –  birləşməsindədir.

Təmtəraq haqqında ərəb təsəvvürü  inanılmaz dərəcədə rahat Diamond birinci xidmət sinfinə və müasir Pearl biznes-sinfinə çevrilmişdir. Hətta Etihad Airways reyslərində Coral qənaətcil sinfi rəqabət aparan aviaşirkətlərin ekonom xidmət siniflərinə bənzəmir

All Nippon Airways

All Nippon Airways ən böyük yapon aviaşirkətlərindən biridir. Təhlükəsizlik üzrə reytinqlərdə o, siyahıda ilk yerlərdən birini tutur. All Nippon Airways sərnişinlərə dörd xidmət sinfi təklif edir və bütün sərnişinlər üçün  pulsuz yemək və multimedia əyləncəsi nəzərdə tutulmuşdur.

All Nippon Airways aviaşirkəti həm uçuşların rahatlığı, həm də bütün sərnişinlərə göstərilən xidmətin sürəti ilə fərqlənir. Aviaşirkətin parkında 200-dan çox marşrut üzrə reysləri həyata keçirən 200 təyyarə vardır.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.