6 yer, harda payız xüsusilə gözəldir

Rəngarəng meşələr, hər dəgigə rəngini dəyişən səma, qızıl təpələr və qırmızı ağcaqayın yarpaqları – öz gözəlliyi ilə payız demək olar ki digər mövsümlərdən üstündür.

Triponline.az ən gözəl payızı görmək, onun bolluqda qırmızı-sarı yarpaqlarını əzmək üçün hara getməyinizi tövsiyə edir.

Toskana, İtaliya

Toskanada gözəl payız təxminən sentyabr ayının axırıncı həftəsində başlayır və demək olar ki dekabr ayının sonuna dək davam edir. Şərab və gastronomik festivallar, təbii dombalan və göbələklər, möhtəşəm hava və rəngarəng üzüm bağları – bunlar hammısı payızda turistləri gözləyir.

Praga, Çex Respublikası

Payızlı Praga şəhərini ziyarət etmək səbəbi, sadəcə onun payız aylarında şəhərin üzərinə sıx və demək olar ki, mistik dumanların enməsidir. Payız aylarında Pragada sıx turist axını olmur, şəhəri turistlərin yay izdihamı tərk etdiyi üçün, onun ensiz küçələtrində və romantik sahillərində gəzmək daha gözəl olur.

Şvarsvald, Almaniya

Tünd yaşıl təpələri ilə, qabıqlı meşələri və gölləri ilə, gədim kəndləri və üzüm bağları ilə, sıx dumanlı və rəngbərəng  bitkiləri ilə nağıllı meşə ölkəsidir. Payız aylarında xüsusilə “Qara Meşə” daha romantic olur – bacaların tüstüsü damların üstündən qaynaqlanır, meşə sahələri göbələk və meyvələr ilə dolu olur, inanılmaz mənzərələr isə insanı heyrətə gətirir.

Durmitor Milli Parkı, Yunanıstan.

Sentyabr aylarının əvvəllərində yunanıstan Adriatikində çimərlik fəsli hələdə davam edir, lakin Durmitor dağlarında payız öz gaydalarını inamla irəli sürür. Qızılı təpələrdə qoyunlar və keçilər, xırda dağ kəndlərində qaymaq və pendir, açıq səma altında piknik, möhtəşəm günəş doğuşu və təmiz sərin dağ havası burada Sizləri gözləyir.

Kolmar, Elzas, Fransa

Bu şəhər “Kiçik Venesiya” adlandırılır, baxmayaraq ki, şəhər daha çox alman gözəlliyinə bənzəyir: güllər və oyuncaqlarla bəzədilmiş evciklər kanal sahillərinə sıxılıblar. Fransada payızın turistik mövsümü avgust ayının axırlarında başlayır, o zaman ki, tətil və mənuziyyətlər bitir, lakin rəsmi olaraq payız sentyabr ayının axirlarında başlayır, Kolmarın ən yaxşı zamanı – Oktyabr ayıdır.

Madrid. İspaniya

Madridə səfər – ispan paytaxtının birdəfəlik maraq mərkəzlərini ziyarət etmək və payız mənzərələri ilə həzz almaq üçün ən gözəl fürsətdir. Lakin bunu nəzərə almaq lazımdır ki, Sentyabt-Noyabr ayları Madrid şəhərində yüksək mövsüm hesab edilir.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.azservisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.