Antalyada nə ilə məşğul olmalı

Antalya – Türkiyənin ən populyar və gözəl kurortlarından biridir.  Şəhər özünün kölgəli bulvarları, al-əlvan gülləri, gözəl iqlimi ilə məşhurdur, Antalyanın  otelləri  əla servis təqdim edir, kurortun çimərlikləri isə istirahət üçün mükəmməl uyğundur.

Triponline.az çimərlik istirahətindən başqa  Antalyada nə ilə məşğul  ola biləcəyinizdən bəhs edir.

BAKI- ANTALYA – BAKI – 490 AZN http://bit.ly/2WdF0vL

Antalyada çox sayda  möhtəşəm təbii gözəlliklər vardır, bu yerlərə ekskursiya xoş xatirələrlə sizin yaddaşınızda qalacaqdır. Mütləq Karaalioğlu parkını ziyarət edin. O, sahil boyunca qayaların üzərində yerləşmişdir, buradan  körfəzə və dağlara möhtəşəm mənzərə açılır. Düden şəlalələrini də unutmaq olmaz, burada siz müşahidə meydançasına qalxa və karst mağaralarını görə bilərsiniz.

Antalya şəhərinin ən diqqətəlayiq  memarlıq nümunəsi və rəmzi – Yivli minarəsidir, onu mütləq ziyarət edilməli yerlərin siyahısına daxil edin.  O, 12-ci əsrdə Sultan Əlaəddin Keyqubadın hakimiyyəti dövründə inşa edilmişdir. Kurortun daha bir əhəmiyyətli tarixi görməli yeri – Hadrian qapısıHıdırlık qülləsidir.

Antalya – yalnız çimərlik və ekskursiya istirahəti üçün gözəl yer deyil. Burada  aktiv həyata tərzi həvəskarları üçün çox sayda imkanlar mövcuddur.  Turistlər kurortda serfinqlə, dayvinqlə, raftinqlə və  yelkənli idmanla məşğul olurlar. Şəhərdə böyük və müasir akvapark vardır.

Gecə həyatının həvəskarları  kurortun klub və barlarına heyran olacaqlar.  Diskotekalar, restoranlar, barlar, pablar  və klublar qonaqlara səhərə qədər  canlı musiqi dinləməyi, hit musiqilərin sədaları altında rəqs etməyi və yaxşı vaxt keçirməyi təklif edirlər.

Rok musiqini və səhərə qədər rəqs etməyimi xoşlayırsınız? Bu zaman siz Ally’s gecə klubunu ziyarət etməlisiniz. Əgər müasir pop musiqinin sədaları altında rəqs etmək istəyirsinizsə, bu zaman  dəbli İnferto klubu sizin üçündür.

Antalyaya aviabiletləri siz hər zaman TRIPONLINE.AZ saytında satın ala bilərsiniz.

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.