Avqust tətilimizi hansı ölkələr bərbad edə bilər

Avqust tətilimizi hansı ölkələr bərbad edə bilər Avqust istirahətə getmək üçün ən məşhur və ideal aydır, bununla belə siz aviabiletləri necə almaq lazım olduğunu, hansı istiqaməti seçəcəyinizi müəyyənləşdirməlisiniz.

BƏƏ

Avqust ayında BƏƏ-də hava +49C, dəniz isə +37C-ə qədər qalxır. Düzdür, bu heç də komfortlu deyil. Bununla yanaşı bu cür istilərdə, çimərlikdə, gün şüalarını qəbul etmək də olduqca təhlükəlidir.Yerli insanlar günorta vaxtları daha çox kondisionerin altından oturmağa üstünlük verirlər, turistlər üçün isə ümumiyyətlə ilin bu ayında BƏƏ-yə gəlmək məntiqə uyğun deyil.

BƏƏ-də istirahət etmək üçün ən ideal aylar Oktyabr və Noyabr aylarıdır. BƏƏ-yə

Hindistan (Qoa)

Avqust ayında Qoaya getmək istəyirsinizsə etməyin. Bu vaxt demək olar ki, bütün restoranlar qapalı, dəniz çirkli və aramsız yağışlar yağır. Küçələrdə isə bürkü olur.

Noyabr ayını gözləyin, Qoada mövüm onda başlayır.

Kuba

Avqust ayında Kubada külək 60 km / s sürətə çatır. Karib dənizindəki qasırğanın mövsümü son yay ayına düşür. Fırtınalar başlayır, hətta, təbii fəlakətlərə də yol aça bilir. Kubada istirahət etmək üçün ən yaxşı vaxt noyabr-mart ayları arasındadır.

 

Misir

Avqust ayında Misir Fin saunasını xatırladır. Quru və isti hava dərini yandırır, günəş şüaları baş gicəllənməyə yol açır. Beləcə siz gərək tətilinizin bütün hissəsini kondisionerin yanında keçirəsiniz. Bu ayda Misirə getmisinizsə gəzintiləri unudun.

İspaniya

Avqust ayında İspaniyada aşırı istilik, leysan və qasırğa yoxdur. İspanların yazılmamış qanunları var – Avqustda tətilə çıxın. Daxili turizm zirvəsi ilə əlaqədar olaraq otellərdə qiymətlər bir neçə dəfə qalxır və buna baxmayaraq çimərliklərdə boş yer olmur.

İspaniyaya getmək üçün ən ideal aylar iyun, iyul və ya sentyabr aylarıdır.

 

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zamanTriponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.