Bu payızda Antalyada istirahət etmək üçün 6 səbəb

Antalya ildə 300 günəşli gün deməkdir, o Türkiyənin kurort həyatının paytaxtı və ölkənin ən isti kurortlarından biridir. Triponline.az bu payızda  nə üçün Antalyaya getməli olduğunuzun altı əsaslı səbəbini hazırlamışdır.

Bakı – Antalya 5.10 – 14.10 – 307 AZN http://bit.ly/2uVmpFl

Uzun məxməri mövsüm

Antalyada məxməri mövsümü Türkiyədə Aralıq dənizinin sahilində ən uzun mövsümlərdən biri kimi adlandırmaq olar. Burada artıq aprel ayının ortalarından noyabr ayına qədər dənizə girmək mümkündür. Antalyada oktyabr ayında –çox istidir! Havanın temperaturu +28 dərəcəyə qədər qızır. Axşamlar kurortda  komfortlu hava hökm sürür, havanın temperaturu +20 dərəcədən aşağı düşmür

 

Rahatladıcı istirahət

Antalyanın otelləri  oktyabrda sizi öz sakitliyi, çimərlikləri isə boş yerləri ilə sevindirəcəkdir. Yay fəsli ilə müqayisədə kurortda turistlər olduqca azdır. İnsanların böyük əksəriyyəti artıq dənizdə istirahətdən həzz almışlar. Məhz oktyabrda Antalya sakit və bir qədər gözlərdən uzaq istirahət üçün ən uyğundur seçimdir.

Sərfəli alış-veriş

Turistlərin sayı nə qədər az olarsa, ticarətçilər bir o qədər də güzəştə getməyə hazır olurlar. Oktyabr – istirahət edənlərin  sərfəli qiymətə satın aldıqlarını ev gətirə bilmələri üçün əla vaxtdır. Yalnız kiçik mağazaların sahibləri deyil, həm  dünya üzrə tanınmış brendlər öz kolleksiyalarına endirimlər edirlər. Altalyada yerləşən TerraCity ticarət mərkəzində  payızda aksiyalar və 70%-ə qədər endirimlər  tətbiq edilir.

Müxtəlif meyvələr

Bal kimi şirin yemişlər, şirəli qarpızlar, böyük şaftalı, ananas, gavalılar,üzüm… Payızda  Antalyada  əsl bolluqdur. Bu bolluqdan həzz almaq, orqanizminiz üçün isə qışa vitamin ehtiyatı toplamaq – mütləqdir!

Zərif günəş

Antalya çimərliklərində istirahət edin və istirahətdən tam həzz alın –  payızda günəş xüsusilə qayğıkeşdir, yandırmır və bərabər şəkildə gözəl qaralma bəxş edərək, yanıq izləri buraxmır.  

Ekskursiyalar

Payızda Antalyada  ekskursiyalar üçün məqbul hava şərtləri mövcuddur.  Məhz bu vaxt siz cəsarətlə gəzməli yerləri və tarixi abidələri araşdırmağa yollana bilərsiniz.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.