Çimərlik istirahəti üçün 12 ən gözəl məkan

Dünyada İnternetdəki  şəkillərdən daha yaxşı mənzərəsi olan çox gözəl yerlər var və onları planetimizin istənilən nöqtəsində tapa mümkündür.

Triponline.az unudulmaz çimərlik istirahəti üçün dünyanın ən gözəl yerlərinin seçmişdir.

Ölüdəniz, Türkiyə

Türkiyədə səfər etməyə dəyər bir çox yer var. Belə yerlərdən biri Fethiyədən15km məsafədə yerləşən – Ölüdəniz və ya Mavi laqundur. Ölüdənizdə hətta biri The Sunday Times qəzeti tərəfindən dünyanın ən gözəl çimərliyi adlandırılan çox sayda gözəl çimərliklər var

Turizm mövsümü: iyun ayından oktyabr ayına qədərdir

Koh Kood, Tailand

Kambocaya yaxın Siam körfəzində yerləşən Koh Kood turistlərə bir müddət əvvəl açılmışdır və buna görədə günəşli Tailandın digər kurortları ilə müqayisədə  burada sakitlik və rahatlıq tapmaq mümkündür.

Turizm mövsümü: noyabr ayından may ayına qədərdir.

Ngapali, Myanmar

Qonşusu Tailanddan fərqli olaraq Myanmar turistlər arasında o qədər də məşhur deyil. Buna baxmayaraq ölkədə gözəl çimərlikləri və əlverişli infrastruktoru olan kurortlar var. Bunlardan biri 5 ulduzlu otellərin olmasına belə baxmayaraq balıqçılıq qəsəbəsi abu havasını saxlayan Ngapalidir.

Turizm mövsümü: noyabr ayından may ayına qədərdir.

İsla-Muxeres, Meksika

İsla-Muxes ağ qumu, firuzəyi suyu və aydın günəşi ilə Karib dənizində tətilin ən yaxşı nümünəsidir. Burada skat və tisbağaları düz sahildən görmək mümkündür.

Turizm mövsümü: il boyu

Benaqil, Algarve, Portuqaliya

Portuqaliyanın Algarve regionun çimərlikləri müxtəlif formalı və konturlu qəribə sahil qayalarına görə Avropda ən yaxşılardan biri hesab olunur. Benaqil çimərliyi isə mağarada yerləşməyi sayəsində daha fərqli və maraqlıdır.

Turizm mövsümü: iyun ayından oktyabr ayına qədərdir.

Triponline.az  aviabiletlərin satışı üzrə servisi ilə münasib qiymətə xaricə uçmaq hər zaman asandır

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.