Çimərlikdə sizə lazım olacaq əşyalar

Kurorta aviabiletlər alınmışdır, qarşıda sizi günəşin şəfəq saçdığı, mavi səmanın olduğu, mülayim ləpədöyənin  rahatlaşmağa və məzuniyyətdən zövq almağa kömək etdiyi adaya səyahət gözləyir. İstirahətinizin rahat və xoş keçməsi üçün Triponline.az  çimərliyə gedərkən özünüzlə nə götürməli olduğunuzdan bəhs edir.

Paltar

Təbii parçalardan yüngül paltar, çimərlik kostyumları, əlbəttə ki, baş geyimi – çimərliyə gedərkən, ilk növbədə bunların barəsində düşünmək lazımdır. Əgər siz bədəninizi birbaşa günəş şüalarından gizlətmək qərarına gəlmişsizinsə, geniş kənarları olan şlyapa sizi günəşdən qoruyacaq, təbii parçadan paltarda sizə isti olmayacaqdır, ehtiyat çimərlik kostyumu isə çimdikdən sonra sizə lazım olacaqdır.  Əgər çimərlik qumlu yox, çınqıllıdırsa,  ayağınızı yaralamamaq üçün xüsusi ayaqqabı götürün.

Tibbi çanta

Çimərliyə gedərkən,  standart dərman dəstini özünüzlə götürün, bəlkə də onlar sizə lazım olmayacaqdır, lakin daha yaxşı olar ki, onlar əlinizin altında olsun. Dəstə plastır, dezinfeksiya üçün vasitə (kəsiklərin baş verildiyi hallar üçün), əgər başınız ağrıyarsa, ağrıkəsicilər və s. daxil olmalıdır

Kosmetika

Çimərliyə getməzdən əvvəl qaraldıcı və qaralma sonrası üçün  günəşdən qoruyucu kremləri götürüb-götürmədiyinizi yoxlayın. Əgər dəriniz həssasdırsa, bu zaman  əvvəlcədən maksimum UB filtrli  krem seçmək lazımdır.

Əyləncə

Çimərlikdə istirahət  evdə  oxuya bilmədiyiniz kitabları sakit şəraitdə oxumağa imkan verir. Ona görə də elektron oxuyucunu özünüzlə götürün.  Əyləncəli jurnal və qəzetlər  yerinə düşəcəkdir. Ancaq heç bir xəbər nəşrlərini özünüzlə götürməyin! İstirahət edin! Həmçinin şəkil çəkmək üçün telefon və ya kameranı özünüzlə götürməyi unutmayın!

Sizə yaxşı və xoş istirahət arzu edirik!

Triponline.az  aviabiletlərin satışı üzrə servisi ilə münasib qiymətə xaricə uçmaq hər zaman asandır

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.