Madriddə vaxtınızı necə keçirə bilərsiz

Triponline.az-ın xüsusi müxbiri bu dəfə Madriddə nələr edə biləcəyiniz barəsində məqaləni izləyicilərimizə təqdim edir.

Səhər yeməyi

Əgər səhərinizi əsl madridli kimi açmaq istəyirsizsə “San Gines”-ə getməlisiz. Bu məkan artıq 120 ildiki ən yaxşı currosları (xurros) ilə məşhurdur.

Curros ( və ya xurros) nədir? Curros – xəmirdən hazırlanmış şirniyyatdır. Bu şirniyyatın vətəni İspaniya hesab olunur. Burada adətən currosu səhər yeməyində verirlər.

Alış-verişə çıxın

Bunu Serrano küçəsində edə bilərsiz. Məhz burada Prada, Loewe, Armani, Roberto Verino, Adolfo Domínguez kimi məşhur brendlərin məhsullarını tapacaqsız. Az büdcəli alış-veriş üçün isə Las Rozas Village autlet-mərkəzinə yollana bilərsiz. Onu da qeyd edək ki, Madridin xipsterləri geyimlərini Fuenkarral bazarından əldə edirlər.

Legendar futbol arenasını ziyarət edin

Məhşur futbol klubu “Santyago Bernabeu” arenasında məşq edir. Oyun olmasa belə bura ekskursiya üçün gedə bilərisiz: Zidan, Bekxem və Ronalduynan eyni qazonda gəzə və paltar-dəyişmə otağını görə biləcəksiz. Eləcə də klubun formasını və hətta “Real” embleması ilə olan uşaq pampersi ala bilərsiz.

Şam yeməyinə ən gədim restorana gedin

“Botin” adlı restoran Gines rekordlar kitabına “ən gədim restoran” kimi düşüb. Restoran 1725-ci ildən fəaliyyət göstərir. Burada bir çox manaxlar yemək yeyib, Goya qab yuyub və Xemunquey ilhamını axtarıb.

Yaxşı musiqi sədaları altında dincəlin.

Musiqi sevərlərə konsert zalları axtarmağa ehtiyac yoxdur: şəhər başdan ayağa musiqiyə bürünüb. Söhbət təbiiki ancaq gecə klublarından getmir. Flamenko ritmləri üçün Chinitas kafesinə, jaz musiqisini dinləmək üçün Cafe Populart və Cafe Centra kafelərinə gedə bilərsiz.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.