Maldiv adaları haqqında maraqlı fatklar

Maldiv adaları planetimizin ən nadir yerlərindəndir. Ölkə 1000-dən çox adadan ibarətdir, dövlətin əhalisi isə 400 000 -dən azdır. 100-dən çox ada dünyada analoqu olmayan dəbdəbəli kurortlar üçün icarəyə verilir. Ümumiyyətlə, Maldiv adaları maraqlı faktlardan ibarət böyük bir siyahıdır.

1.Maldiv adalarında adaların çoxu o qədər kiçikdir ki, onları 15 dəqiqəyə gəzmək olar.

2. Maldiv adaları dünyanın ən “düzən” dövlətidir. Ən hündür nöqtəsi Villingili adasında (Shangri-La kurortu) dəniz səviyyəsindən 5 m yüksəklikdə yerləşir.

3. Ən çox uzunluğu olan ada 8 km-dir.

4. Maldiv adaları planetimizin şimal və cənub yarımkürəsində yerləşir. Bu sərhəddi təyyarə ilə keçən zaman təyyarə bələdçiləri hər sərnişinə ekvatoru keçdiyinə aid serfitikat verir.

5. Maldiv adaları 99,669% okean və cəmi 0,331% qurudan ibarətdir.

6. Paytaxtı Male dünyanın ən kiçik paytaxtlarından biridir. Adanın sahəsi cəmi 5,8 km². O həmçinin ən sıx məskunlaşmış paytaxdıdır. Beləki ada-paytaxtın 140 000 sakini var.

7. Maldiv adaların sularında 2000 növdən çox balıq vardır ki, bunlar arasında məhz 7 növ planetimizdə digər heç bir yerdə tapılmır.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.azservisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.