Nə üçün Böyük Kanar (Qran Kanariyaya)? 5 səbəb

İspanyanın Böyük Kanar adası ölçüsünə görə Kanar arxipelaqının ən böyük 2 adası olan Tenerife ve Fuerteventuradan sonra 3-cü olmağına baxmayaraq havasına görə daha ugurludur – burada hava +20 dərəcədən az olmur. Nəyə görə Atlantik okeanın bu adası ziyarət etmək lazımdır? Triponline.az sizə bu sualla bağlı 5 konkret cavab hazırlayıb.

“Kiçik Saxara”da olmaq

Saxara səhrasını görmək üçün Afrikaya getmək lazım deyil. Böyük Kanar adasının özünün məhz Afrika səhrasından gətirilmiş qumlar olan səhrası var. Bu Böyük Kanar adasının cənubunda ən böyük kurort bölgəsində Mespalomas Dyunlarıdır (Las Dunas de Maspalomas).

Istanbul – Böyük Kanar 14.05 – 20.05 – 598 AZN http://bit.ly/2W0Qjmd

Alış-veriş etmək

Böyük Kanar adası – imtiyazı vergi zonasıdır. Bu isə o deməkdirki burada hər şey Avropadan daha ucuzdur. Ən yaxşı alış-veriş mərkəzləri adanın paytaxtında Las Palmasda yerləşir. Özünüzlə böyük çamadan götürün!

Kanar mətbəxini dadmaq

Böyük Kanar adasında yerli əhalinin özünün meyvə sahələri və arıçılıq təssərrüfatları var. Onlardan bəziləri bu tərəvəzlərə acı bibər qataraq çox ləzzətli konservlər edirlər,bəziləri isə yalnız yerli sakinlərin xəbəri olan öz kiçik şəxsi restoranlarını işlədirlər. Yerli sakinlərin adətən harda toplaşdığına sadəcə nəzər yetirin və siz inanilmaz kulinariya kəşfləri edəcəksiniz.

Səyyahət zamanı restoranı necə seçməklə bağlı bizim məqaləmizi oxuyun.

Vulkan katerinə baxın

Böyük Kanar adası vulkanik mənşəlidir. Adanın ən qədim və böyük vulkanı Caldera de Bandama vulkanıdır. Onun kraterindəki cığırdan keçən zaman mağaralar, kraterdə yetişdirilən üzümlüklərin izlərini və köhnə dağılmış evlər görcəksiniz.

Öz əyləncənizi tapmaq

Sualtı qayıqla Atlantik okeanının dərinliklərni kəşf etmək istəyirsiniz? Buyurun! Elder elmi-texniki müzeyində robotun böyük əllərində olmaq?Niyə də yox? 1650 metr uzunluğunda olan Kanar kartinq terrasda yarışmaq? Əlbəttə! Sizə yalnızca seçmək və zövq almaq qalır.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.