Onlayn aviabilet alarkən, nəyi yadda saxlamaq lazımdır

Onlayn aviabilet almaq –  turizm agentliyinə əlavə pul vermədən, öz səyahətini sürətlə və problemsiz şəkildə təşkil etmək deməkdir. Turistdən tələb olunan yeganə şey – bir qədər diqqətli olmaq və bir az hazırlıqdır. Aviabiletləri onlayn alarkən, mütləq riayət olunmalı bir sıra qaydalar mövcuddur. Triponline.az dünyanın istənilən nöqtəsinə ucuz aviabiletləri almağa kömək edəcək yoxlanmış, öz təsdiqini tapmış məsləhətləri seçmişdir!

  1. Viza

Aviabilet almazdan əvvəl, gedəcəyiniz ölkə üçün sizə viza lazım olub-olmadığını dəqiqləşdirin. Əgər viza lazımdırsa, onu aviabileti almazdan əvvəl açdırın

  1. Uçuşun tarifi

Aviabileti almaq istədiyiniz tarifin xüsusiyyətlərini diqqətlə öyrənin. Bu informasiya  aviabileti hansı hallarda və hansı şərtlərdə qaytara biləcəyinizi, baqajın dəyərinin aviabiletə daxil edilib-edilmədiyini,  göyərtədə hansı  xidmətlərin ödənişsiz təqdim ediləcəyi öyrənməyə imkan verəcəkdir.

  1. Sərnişin haqqında məlumatlar

Aviabiletlərin bron edilməsi və satın alınması zamanı pasport məlumatlarını diqqətlə daxil edin. Hərdən pasport məlumatlarında və ya səyahət tarixində yol verilən səhvlərə görə aviaşirkətlər sərnişinlərə cərimə tətbiq edirlər. Bilet üçün onlayn ödəniş etməzdən əvvəl bütün informasiyanı, eləcə də gediş və gəliş uçuş tarixlərini diqqətlə yoxlayın.

  1. Baqajın çəkisi

Sizin tərəfinizdən seçilmiş aviaşirkətin baqajın aparılması üçün hansı normaları müəyyən etdiyini, eləcə də əl yükü çəkisinin nə qədər təşkil edəcəyini və salona neçə çanta götürməyə icazə verildiyini  öyrənin.

  1.  Aviabiletin dəyəri

Aviabileti nə qədər tez alsanız, onun qiyməti bir o qədər ucuz olacaqdır. Biletlər səfərə bir və ya iki ay qalmış onlayn almaq ən optimal variantdır. Məhz bu dövrdə aviaşirkətlər qiymətləri ən aşağı səviyyəyə qədər azaldırlar.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.