Səyahət zamanı bu 6 hərəkəti əsla etməyin

Səyahət zamanı bu 6 hərəkəti əsla etməyin

1. Hava limanlarında pulunuzu dəyişməyin.

Bu sizə baha-başa gələcək.

2.  Turistlərin çox olduğu ərazilərdə yemək yeməyin.

Bu baha və darıxdırıcıdır. Daha yerli qidaların olduğu məkanlar axtarın. Bu həm maraqlı, həm dadlı həm də daha ucuz olacaq.

3.  Sosial şəbəkələrdə sual verməyə çəkinməyin.

Əgər sosial şəbəkələrdə sizin dostlarınız çoxdursa, əlbəttə, onlar sizə gözlənilməz və maraqlı məsləhətlər verəcəklər. Belə insanları tapmağa özünüz də cəhd edin. Axı hər kəsin sizin səyahət planınızdan xəbəri yoxdur.

4. Taksidən çox istifadə etməyin.

Bu da bahalı olacaq. Ümumiyyətlə ictimai nəqliyyatdan istifadə daha ucuzdur. Bundan başqa kirayəyə velosiped də götürmək mümkündür.

5. Özünüzü sığortalamağı yaddan çıxarmayın.

Təki sığorta sizə heç bir zaman lazım olmasın, ancaq mütləq sığortalanın. Sizə vaxtında yardım etməsi üçün sığortanın real iş sığortası olmasına mütləq diqqət yetirin.

6. Çox yatmaq olmaz

Düzdür, siz istirahətdəsiniz, dincəlmək istəyirsiniz. O zaman niyə səyahətə çıxmısınız? Bunu evinizdə də edə bilərdiniz. Daha çox gəzmək və görmək lazımdır.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız