Təyyarədə səyahətlə bağlı maraqlı faktlar

Bunların çoxunun sizin üçün yeni məlumat olacağına əminik. Sizi təəcübləndirəcək faktları şəkillərin altında oxuyun

Havada olarkən içkilər daha dadlı olur

Heç düşünmüsünüzmü niyə təyyarədə insanlar içkilərdən pomidor şirəsinə üstünlük verirlər? Alimlərin araşdırmalarına görə, biz aşağı təziq şəraitində olduğumuz zaman (məsələn təyyarədə), duyğu orqanlarımızın hissiyatı kəskinləşir və bizə pomidorun şirin dadından tam zövg almağa imkan yaranır.

Aviakompaniyalar pula qənaət üçün qəribə üsullar tətbiq edirlər

Artmaqda olan rəqabət şəraitində xərclərin bir hissəsini qarşılaya bilmək üçün aviakompaniyalar qənaət etməli olurlar. 20-ci əsrin 80-ci illərində ”American Airlines” xərcləri azaltmağın çox effektiv yolunu tapdı – təyyarədə verilən salata adi halda əlavə etdikləri zeytun sayını 1 ədəd azaltdı. Və beləliklə aviakompaniya ildə $ 40 000 qənaət edə bildi.

Təyyarədə hava daha təmizdir

Təyyarə salonunda olan havanın çirkli və mikroblu olduğu barədə yalnış fikir mövcuddur. Əslində isə təyyarədə olan hava nəfəs aldığınızın ən təmiz havadır və təyyarələrdə olan filter sistemi keyfiyyətinə görə heç də klinika və xəstəxanalarda istifadə olunan sistemlərdən geri qalmır

Pilotlar uçuş zamanı yuxuya gedə bilərlər

Bəli, düz oxudunuz. Həqiqətən də uçuş zamanı pilotlar yuxuya gedirlər və bu düşündüyünüzdən də çox olur. Bu necə mümkündür? Avtomatik idarə etmə sistemi (avtopilot) və əlbəttəki ikinci pilot sayəsində.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.