Triponline səyahət edir. Latviyada qeyri-adi tətil

Triponline.az komandası daim yeni yerləri səyahət edir. Bu dəfə Latviyaya yola düşdük. Seçimimiz Riqa şəhərinə və məşhur Yurmala dəniz kurortu oldu

Riqa Latviyanın paytaxtı və hər dəfə fərqli bir şəkildə görülə biləcək bir şəhərdir. Biz burada gəzilə biləcək ən standart yerlərə üstünlük verdik.

Bakı – Riqa 24.07 – 31.7 – 619 AZN

Qədim şəhəri mütləq bələdçi ilə gəzin !

Art Nouveau üslubunda evlər arasında gəzmək və Riqada qədim şəhərin tarixini dinləmək möhtəşəm hissdir. Şəhərin bu hissəsi 1997-ci ildə YUNESKO-nun irs siyahısına daxil edilmiş və bir çox sirli hekayələrdən ibarətdir. Bələdçi ilə gəzinti zamanı instagramda paylaşmanız üçün çox maraqlı faktlar tapacaqsınız.

Biz Riqada akkreditə olunmuş bələdçi Latviya Mixayl Qrineviç gəzdirdi. Qeyd edək ki, o Riqa şəhərində kostyum turları da təşkil edir.

“ Mən turistlərimi qədim, 1802-ci ildən fəaliyyət göstərən Riqa Şəhər Lombardına aparmağı çox sevirəm. Orada tarixə toxunmaq, ən qədim sənədləri görmək mümkündür. Bu cür ekskursiya Latviyanın 20-ci əsrdə nələr yaşadığını mükəmməl təcəssümüdür. Oranın interyeri həmin əsrlərin ruhundan xəbər verir. Bizim turistlərin mzeyləri gəzmək üçün çox da vaxtı olmur, ona görə də mən onları Riqa Şəhər Lombardına aparıram. Çox maraqlıdır ki, hətta yerlilər bu yerin olmasından xəbərsizdirlər” – deyir Mixayıl.

 

Mixayıl sayəsində biz köhnə şəhər binalarının fasadlarında 200-dən çox quş və heyvan heykəlləri olduğunu öyrəndik.

Müasir Latviya mətbəxinin təqdim olunduğu restoranda nahar

Latviyalılar dadlı yemək sevirlər. Onlar hətta Facebookda böyük qrup yaradıb şəhərdə olan kafe, restoranları, dadlı yemək verilən məkanları müzakirə də edirlər. Bu qrup bəzi sahibkarların qorxulu yuxusudur. Ancaq buna görədir ki, Riqada həm də bir çox yaxşı restoran var !

Burada yalnızm mövsümü qidalardan istifadə olunur. Valtera Restoranlar şəbəkəsi ət və balıq yeməklər üçün xüsusi fermalardan istifadə edir.

Və buranın möhtəşəm dondurmaları…Mütləq dadına baxın.

Səyahətinizin çox hissəsini velosipedlə edin !

Riqadan 30 km aralıda kurort şəhəri olan Yurmala yerləşir. Ora daha ucuz getmək üçün qatardan istifadə edə bilərsiniz. Qatar Riqa Dəmiryolu Vağzalından yola düşür. Ancaq daha maraqlı variant var…

Riqada SIXT şirkətinə aid olan kirayə velosipedlər. Möhtəşəm Yurmalaya bu velosipedlərlə getmək daha maraqlı olacaq. Ən əsası siz kirayə götürdüyünüz velosipedi Yurmalada geri qaytarıb, elektrik qatarı ilə geri dönə biləriniz.

XVII əsrə aid yelkənli gəmi ilə sörfinqdən həzz alın !

Yurmala 3 km enliliyi olan Riqa körfəzi və Lielup çayının sahilində yerləşir. Ona görə də burada hər zaman əyləncə var.

Çayın axını ilə üzmək üçün siz kirayəyə xüsusi alətlər götürə bilərsiniz. Çox maraqlı əyləncə növü çox təhlükəsizdir.

 

Bundan başqa çayda 17-ci əsrə aid yelkənli gəmi də fəaliyyət göstərir. Yaz dövründə Riqa körfəzinə çıxışı ilə Lielupe çayı boyunca iki saatlıq bir yürüşlər keçirilir. Yürüşlər bazar günü saat 12.00-da baş tutur və adam başına təxminən 10 avro təşkil edir.

Gəzintidən sonra çimərliyə getmək, Baltik dənizinin sahilində dincəlmək mümkündür

Açıq havada olan etno muzeyə getməyi unutmayın !

 Yurmalanın mərkəzində pulsuz girişi olan etnoqrafik muzey fəaliyyət göstərir. Balıqçılıq haqqında 2000-ə yaxın eksponat nümayiş etdirilir. Bu eksponatlar 19 və 20-ci əsrlərə aiddir. Muzeyi gəzəndən sonra təbiətdə olan parka – Raqakapasa yola düşün. Bu sakit ərazi əsl istirahət üçün nəzərdə tutulub.

Tripoonline-la səyahət edin !

Aviabiletləri tez və rahat əldə etmək istəyisinzsə TripOnline Mobile proqramından istifadə edin. Proqramı həm App Store-dan, həm də Google Playdan yükləmək mümkündür.