Triponline test: Şri-Lankaya səyahət etmək üçün 7 səbəb

Şri-Lanka Hind okeanında yerləşən, səyahət edilməli ən gözəl adalardandır.Sizi bu ölkə nə ilə təəccübləndirə biləcəyindən danışaq.

Hər zövgə uyğun istirahət

Səyahət vaxtı Şri-Lankada həm çimərlikdə qaralmaq, həm çay plantasiyalarına getmək, qoruğda fillərlə əylənmək və müqəddəs yerləri ziyarət etmək mümkündür. Adada hər şey bir-birinə yaxın yerləşdiyi üçün çimərlik yoxsa gəzinti arasında seçim etməli olmayacaqsınız

Əfsanavi çimərliklər

Şri-Lankada cəngəllik yaxınlığında bir tərəfdən kokos palmaları digər tərəfdən isə firuzəyi rəngdə su ilə əhatə olunmuş çox sayda qızılı qumlu çimərliklər var.

Nadir sualtı dünya

Həmçinin Şri-Lankada bütün adaboyu dayving üçün Kalpitiya, Hikkaduwa и Weligama kimi çoxlu yerlər var. Burada akvalanqla dərinliklərə dalmaq və ya sadəcə  maska və nəfəslik kirayə götürmək olar.

Balıq tutmaq

Qeyd edək ki, Şri-Lankada balıq tutmaq yalnız turistlər arasında popular deyil. Burada siz müxtəlif növ balıqları tutmaqdan zövq ala bilərsiniz.

Göy balinaları görmək

Mirissa kurortunda dünyanın ən nəhəng məməlisini – göy balinanı izləyə bilərsiniz. Düz yanınızda nəhəng balınanın üzməyi kimi unudulmaz təəssüratı mütləq dadın.

Mədəniyyət və mənəvi məkan

Şri-Lanka müsəlmanların, xristianların, hinduların və buddistlərin birgə yaşadıqları adadır. Burada çox sayda məscid, kilsə və müqəddəs yerlər var. Şri-Lankada ənənəvi Hindistan tibbi geniş yayılıb, burada siz kurslara yazılıb sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.

Təbii mühitdə filləri görmək

Milli Parkda safariyə gedən zaman siz yaxınlığınızda vəhşi fil sürüsünü, ov edən bəbirləri, gözəl tovuzquşlarnı və digər quşları görə bilərsiniz.

Triponline.az  aviabiletlərin satışı üzrə servisi ilə münasib qiymətə xaricə uçmaq hər zaman asandır

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.