Türkiyənin 6 ən yaxşı çimərliyi

Dəniz baxımından Türkiyənin bəxti gətirib, onu 4 dəniz əhatə edir – Egey, Qara, Mərmərə və Aralıq dənizləri. Ona görədə burada çimərliklərlərin sayı sonsuzdur. Triponline.az Türkiyədə istirahət üçün Sizə ən yaxşı yerlərin siyahısını təqdim edir.

İstanbulun şəhər çimərlikləri

 Qara dəniz, Mərmərə dənizi

Əgər yayın istisinə İstanbulda düşsəniz, ən böyük türk meqapolisinin çimərliklərinə üz tutun. Sizin bu 15 million əhalisi olan şəhərdə hətta iki dənizin sahili arasında seçim etmək şansınız olacaq.

Özəl çimərliklər daha təmiz və rahatdı. Məsələn, Boğaziçi Universitetinin 2 kilometrlik, restoran və diskotekası olan qumlu Burc çimərliyi- buraya cəmi 15 lirə ödəyərək baş çəkmək olar.

BakI – İstanbul 11.8 – 10.08 – 454 AZN http://bit.ly/2uSuxqA


Şahzadə adalarının çimərlikləri

Mərmərə dənizi

Şahzadə adaları yada sadəcə Adalar arxipelaqı Mərmərə dənizinin İstanbul sahilindən 20 km aralıqda yerləşir və rəsmi olaraq şəhərin hüdudlarına aiddir. Adaların hər birində şəhərin hay-küyündən uzaqda dincələ biləcəyiniz az insanlı rahat çimərliklər var. Adalarda zavod yoxdu, avtomobil ilə hərəkət qadağandır və havası İstanbulun havasından qat-qat təmizdir.

Kaputaş çimərliyi

Aralıq dənizi

Bu kiçik,qumlu-çınqıllı, göy rəngli suyu olan, qayaların arasında gizlənmiş çimərlik haqqında son zamanlara qədər ancaq yerli sakinlər bilirdi. Buraya gəzərək gəlmək olmur və buna görə də pulsuz olmasına baxmayaraq sıxlıq olmur. Kaş şəhərindən avtobusla Kaputaşa gəlirsiniz və pilləkənlərlə aşağı düşürsünüz.

Tısbağalı İztuzu çimərliyi

Aralıq dənizi

Qırmızı kitaba düşmüş loqqerxed tısbağaları yumurtalarını qoymaq üçün Dalyan çayının deltası və Aralıq dənizi arasında ensiz qumsal zolağı- İztuzunu seçiblər. Belə qonşuluq gözəl çimərliyin isti qumundan zövq almaq istəyənlərin istirahətini azacıq çətinləşdirir.

Konyaaltı Antalya şəhər çimərliyi

Aralıq dənizi

Əgər maraqlı və rahat istirahət etməyə üstünlük verirsinizsə, Antalya şəhərinin 7 kilometrlik çimərliyi Konyaaltına üz tutun.  2006-ci ildə bu çimərlik nüfuzlu “Mavi bayraq” mükafatını alıb. Buranın soyunub-geyinmə otaqları olan, kirayə çətirlər və şezlonqlarla dolu və ən əsası xırda çınqılı və şəffaf sulu 50metrlik enli sahili var.

BakI – Antalya 11.7 – 18.7 – 500 AZN http://bit.ly/2uSujQs

Nüfuzlu Göltürkbükü çimərliyi

Egey dənizi

Bodrumun yaxınlığında dəbdəbəli yaxtalar, Göltürkbükü kurort qəsəbəsinin çimərliklərində məşhurları görə bilərsiniz. Bu səfalı yer Türkiyənin ən yaxşılarını özündə birləşdirir: təmiz dəniz, zeytun və sitrus bağları, şam meşələri və çimərlik boyu kölgəli parklar.

Triponline.az  aviabiletlərin satışı üzrə servisi ilə münasib qiymətə xaricə uçmaq hər zaman asandır

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.