Ucuz aviabiletləri onlayn necə almaq olar

Triponline.az dünyanın istənilən nöqtəsinə ucuz aviabiletləri almağa kömək edəcək yoxlanmış, öz təsdiqini tapmış məsləhətləri seçmişdir!

MƏSLƏHƏT 1. Aviabiletləri əvvəlcədən bron etmək

Aviabiletlərin qiymətləri daima dəyişir.  Bəzi aviaşirkətlər hətta qiymətləri gündə bir neçə dəfə dəyişirlər.  Qiymətlərin dinamikasını əvvəlcədən dəqiq  proqnozlaşdırmaq, əlbəttə ki, mümkün deyil,  lakin  uçuşa təxminən 1,5-2 ay qalmış  biletlərin satın alınması üçün ən yaxşı qiymətlərin olduğunu göstərən araşdırma mövcuddur (aksiya və satılıb  qurtarmanı hesaba almadan). Məhz bu vaxt daşıyıcılar qiymətləri ən aşağı səviyyəyə qədər azaldırlar.

MƏSLƏHƏT 2: Doğru günü seçmək

Ucuz aviabiletləri çərşənbə axşamı günün ikinci yarısında almaq olar. Bu gün uydurulmamışdır, hər şeyin  bir səbəbi var.  Aviaşirkətlərin əksəriyyəti  satışları bazar ertəsi axşam başlayırlar, çərşənbə gününün sonuna rəqabət öz zirvəsinə çatır və bilet qiymətləri aşağı düşür.

MƏSLƏHƏT 3: Göndərişlərə abunə olmaq

Aviaşirkətlərin və aviabiletlərin satışı üzrə agentlərin göndərişlərinə abunə olun. Sizin poçtunuza müntəzəm olaraq aksiya və satılıb qurtarmalar haqqında bildirişlər gələcəkdir.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.