Uzun uçuşlar zamanı yorulmamaq üçün 9 tövsiyə

Səyahət etmək əlbəttəki çox gözəldir. Ancaq uzun uçuşlar insanı çox yorur. Triponline.az 15 saatlıq uçuşun çox uzun və yorucu olmaması üçün  sizə məsləhətlər hazırlayıb.

1.Onlayn Qeydiyyatdan keçin

Aviakompaniyaların çoxu uçuşdan 24 saat əvvəl qeydiyyatdan keçməyi təklif edir. Siz öncədən yerlərinizi seçə və hətta yeməklə bağlı seçiminiz də daxil edə bilərsiniz.

2. Yer seçərkən ilk sıralara üstünlük verməyin.

Belə yerləri adətən körpə uşaqları olan ailələrə verirlər. Əgər səsiz və sakit bir uçuş arzu edirsinizsə ilk sıralardan bir az geridə yerlər seçin.

3.Çalışın yeriniz təyyarənin qanadına yaxın olsun.

Turbulent zonada təyyarə çox silkələnir. Təyyarənin orta hissəsində bu titrəyiş az hiss olunur

4.Uçuşdan əvvəl idmanla məşğul olun

Hava limanları heç də ən sakit və stressiz yer olmadığına görə, məşq sizə stressi azalatmaqa kömək edəcəkdir.

5. Uçuşdan əvvəl Duty- Free-yə baş çəkin.

Əgər uzun uçuşunuz varsa, bu o deməkdir ki, bütün bu müddət ərzində tam hərəkət etmək imkanınız olmayacaq. Ona görədə uçuşdan öncə mağazaları gəzişin ayaqlarınız hərəkət etsin və qan yaxşı işləsin.

6. Təyyarə salonuna qalxan kimi bütün cihazlarınızda vaxtı uyğun olaraq dəyişin

Yeni bioritmə alışmaq üçün onunla mümkün qədər tez sinxronlaşmaqa çalışın. Egər çatış məntəqəsində hal hazırda axşam 10-dursa, uçuşun ilk yarısını yatmaqa çalışın. Bu halda oraya səhər çatdığınız zaman  özünüzü yorğun hiss etməyəcəksiniz

 7. Telefon üçün potativ (daşına bilən) adapter alın.

Telefon və ya planşetinizə bir neçə film və ya oyun yükləyinki, təyyarə salonunda bu əyləncələr olmaya bilər.

 8. Özünüzlə təyyarə salonuna sviter götürün

Hətta soyuq olmasa belə siz onu qatlayıb yastıq kimi istifadə edə bilərsiniz.

 9. Səyahət üçün nəzərdə tutulmuş xüsusi yastıq alin

Belə yastıq boyuna dayaq olur və yuxuya getdiyiniz zaman onu şauqili vəziyyətdə saxlayır. Nəticədə uçuş zamanı boyundakı gərginlik hissi azalır.

👉 Ucuz aviabiletlər almaq

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz 

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.