Venesiyada nələrə baxmaq lazımdır

Venesiyada ən önəmli məqam sözün həqiqi və məcazi mənasında itməməkdir. Burada istənilən bina XVI və ya  XV əsrə aiddir, bir birinə qovuşan kanal və küçələrdə yerləşən hər evin öz hekayəsi var. Və bundan əlavə Venesiya göl və 118 adaları ilə birgə YUNESKO-nun Ümümdünya İrsinə daxil edilmişdir. Bəs Venesiyada mütlək nələri görmək lazımdır?

Bir az hiylə işlədin – Venesiyaya səyahətinizi turistlərin az, restoran qiymətlərinin münasib, qondolyerin isə “üzüyola”olduğu, istilər düşmədən – yazda və ya artıq o qədər də isti olmayan – payızda planlayın.

Venesiyanı sudan görmək

Yay vaxtlarında 6 nəfərlik qondolda Böyük Kanalda (Grand Canal) 1 saatlıq gəzinti üçün 120 avro ödəməli olacaqsınız. Ancaq Venesiyanı sudan görməyin daha ucuz yolu ictimai su nəqliyyatlarından – traqetto və vaporettodan  istifadə etməkdir.Böyü Kanal boyu olan 1 nömrəli marşrut xəttini seçin və zövq alın.

Tbilisi – Venesiya 6.04 – 10.04 – 346 AZN http://bit.ly/2BxCHaD

Müqəddəs Mark Meydanı

Napoleon bu meydanı Avropanın qonaq otağı adlandırmışdır, lakin bura ilk növbədə Venesiyanın qonaq otağıdır, çünki istər Venesiyaya ilk dəfə gələn, istərsədə artıq burada olmuş bütün turistlər məhz burada olmağa can atırlar. Ona görədə bura Venesiyanın yalnız vizit kartı deyil, həm də ağırlıq mərkəzi,6 əsas tarixi rayonunun ürəyidir.

Kastello bağları və parkları

Venesiyanın ən böyük rayonu olan Kastello sizi su üzərində bir şəhərədə görməyi gözləmədiyiniz yaşıl parkları və bağları ilə təəccübləndirəcək. Yaşıl örtükdən əlavə bu rayonu San-Pyetro-di-Kastell kilsəsi, San Zaccaria məbədi, Santi Giovanni və Paolo Kilisəsi bəzəyir. Ümümiyyətlə Venesiyada kilsələrin sayı təxminən buradakı saraylar və körpülər qədərdir.

Murano – Burano

Venesiyanın bu 2 adasını bir tarixi rayonda birləşdirirlər. Burano rəngarəng evləri və Güpür Muzeyi ilə məşhurdur.  Muranoya isə şüşə emalatxanasında muran şüşələrinin işlənilmə prosesinə baxmaq və əlbəttəki, dünyanın ən tanınmış markalarından olan məhsullar üçün fantastik məbləğlər ödəmək üçün gəlirlər.

Florian”da masa arxasında Günbatımı

Müqəddəs Marko meydanında Florian kafesi yalnız Venesiyada deyil bütün İtaliyada ən məşhur kafedir. Ən məşhur olmaqla yanaşı bu kafe Venesiyada 1720-ci ildə açilmış ən qədim kafedir. 300 ilə yaxın tarixi ərzində kafenin masalarında günbatımını izləyənlər arasında Heminquey, Brodski, Bayron, Modigliani olub. Məhz divarlarda rəsmlər olan bu dəbdəbəli interyerdə Kazanova özünün növbəti “qurban”ını seçməyi sevirdi.

Dünyanın bütün ölkələrinə ucuz aviabiletləri siz hər zaman Triponline.az servisindətapa bilərsiniz

Bizim Facebook и Instagram qruplarına qoşulun və hər zaman  populyar istiqamətlər üzrə ən sərfəli uçuşlardan xəbərdar olacaqsınız.